Rusiya Krım tatarlarına qarşı təzyiqi artırır – Fəalların evində axtarış aparılıb

Rusiyanın güc strukturları Krım tatarlarının tanınmış ictimai fəalı İbrahim Osmanovu hədəfə götürüblər.

Yenicag.ru-nun məlumatına görə, Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Rusiyanın işğal etdiyi Krımın Sovet rayonunun Urojaynoe kəndində yaşayan İbrahim Osmanovun evində axtarış aparıblar.

Bu barədə informasiya “Krım həmrəyliyi” təşkilatının üzvlərindən daxil olub.

Xəbərə əsasən, Osmanovun evində aparılan axtarış əməliyyatı yerli vaxtla səhər saat 7:00-da başlayıb:

“Əməliyyatçılar narkotik axtarırlar. Axtarış tədbirləri iki yanaşı evdə aparılır. Osmanovun özü evdə yoxdur”.

Axtarış aparanlar əməliyyatın nəticələrini İbrahim Osmanovun oğlu Rüstəmin adına rəsmiləşdirirlər. Osmanovu qanunsuz mitinqlərin təşkilində ittiham edirlər.

Əməliyyatdan sonra Bağçasaray rayon məhkəməsi Rüstəm Osmanovu 10 min rubl (4,5 min qriven) məbləğində cərimələyib.

COP29