Rusiya meydan oxuyur: “Sanksiyalar heç nəyi dəyişməyəcək”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Krımın gələcəyinin Rusiya ilə birgə olduğunu söyləyib.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, Zaxarova ABŞ və onun mütəfiqlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların qeyd edilən reallığı dəyişməyəcəyini bildirib.

XİN sözçüsü ABŞ-nin özünün “dünyanın ağası” kimi hiss etdiyini də vurğulayıb.