Rusiya millisi yenə Dünya çempionatına buraxılmayacaq

Beynəlxalq Buz üzərində Hokkey Federasiyası Rusiya milli komandasının fəaliyyətinin dayandırılması müddətini uzadıb.

Yenicag.az xəbər verir ki, fevralın 4-də Beynəlxalq Buz üzərində Hokkey Federasiyasının (IIHF) İcraiyyə Komitəsinin iclası keçirilib. Rusiya millisinin 2026-cı il dünya çempionatında iştirakına icazə verilməməsi qərara alınıb.

Tələs, bitmədən sən də al. Fürsətlər tükənmədən tətbiqə gəl!

Rusiya Hokkey Federasiyası 2025-ci il Dünya çempionatı başa çatdıqdan sonra IIHF-nin qərarına etiraz etmək hüququna malik olacaq.

Rusiya milli komandası 2022-ci ildən sanksiyalar altındadır.