Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiya MN: Sülhməramlılar Xankəndi ərazisində yerləşdiriləcək - VİDEO

“Rusiya sülhməramlı hissəsinin hərbi qüvvələri atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi zonasındakı hərbi əməliyyatlara nəzarət etmək üçün tapşırıqları yerinə yetirəcəkləri əraziyə yollanıblar. Sülhməramlı əməliyyatın komandanlığı Xankəndi ərazisində yerləşdiriləcək”.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi bildirib.

“Hərbi kolonlar 250 km-dən çox yol qət etməli və Dağlıq Qarabağdakı təmas xətti boyunca, eləcə də Laçın dəhlizi boyunca Rusiya müşahidə postlarının yaradılması üçün sülhməramlı kontingent yerləşdirməlidir”, – deyə nazirliyin məlumatda qeyd edilir.

Qeyd edək ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdiriləcək. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməlidir.

Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalacaq.

Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcəkdə yerdəyişməsi nəzərdə tutulur.

www.yenicag.az

975