Rusiya MN: “Tu-154” təyyarəsinin qalıqları tapılıb

teyyare_27847576Rusiya Müdafiə Nazirliyinin radardan itər “Tu-154” təyyarəsinin qalıqları Qara dənizdə Soçi sahillərindən 1,5 km uzaqlıqda, 50-70 metr dərinlikdə aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Bakı vaxtı ilə saat 06.40 radələrində Soçinin Adler aerodromundan havaya qalxdıqdan qısa müddət sonra radardan itib.

Yenicag.az