Rusiya MSK-nın keçmiş rəhbəri vəfat etdi

Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş rəhbəri Vladimir Çurov vəfat edib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Çurov 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vladimir Çurov 2007-ci ildən 2016-clə qədər Mərkəzi Seçki Komissiyasının sədri olub. MSK rəhbəri vəzifəsindən ayrıldıqdan sonra isə o, Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir vəzifəsində çalışıb.