Rusiya müdafiə naziri Zakir Həsənova zəng etdi – Təcili danışıqlar

zakirhesenov26Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Ermənistan və Azərbaycan müdafiə nazirləri ilə təcili telefon danışıqları aparıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib. Nazirliyin məlumatına əsasən, RF-nın Müdafiə Nazirliyi bu regionu daima diqqət mərkəzində saxlayır.

“Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu həmkarları – Ermənistan müdafiə naziri Seyran Ohanyan və Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə münaqişə zonasında vəziyyətin sabitləşdirilməsi üzrə təxirəsalınmaz tədbirlərin zəruriliyi haqqında təcili telefon danışıqları aparıb”, – deyə məlumatda qeyd olunur.