!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Müdafiə Nazirliyi: “Ehtiyac olsa, İraqa da girəcəyik…”

!Reklam – Yazi

rusherbcileri-300x225“Rəsmi Bağdad bizə hələ müvafiq xahişlə müraciət etməyib. Buna baxmayaraq Rusiya bu ölkəyə İŞİD terror qruplaşması ilə mübarizədə hərbi yardım göstərilməsi məsələsini nəzərdən keçirməyə hazırdır”.

Rusiya KİV-lərinin verdiyi məlumata görə, bu açıqlama ilə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov çıxış edib.

“Yalnız onu deyə bilərəm ki, bu günə qədər Suriya prezidenti Bəşər Əsəddən aldığımız müraciət kimi İraqdan oxşar xahişlə hər hansı müraciət almamışıq. Əgər bizə belə bir müraciət daxil olsa, təbii ki, ona da müvafiq qaydada baxılacaq” – deyə nazir müavini Moskvada keçirilən təhlükəsizlik konfransındakı çıxışında bildirib.

A.Antonov əlavə edib ki, Kremldə Bəşər Əsədin Rusiya rəhbərliyinə ünvanlanan yazılı müraciəti var. Nazir müavini buna əsaslanaraq bəyan edib ki, Rusiyanın Suriyadakı addımları beynəlxalq hüquq normalarına tam adekvatdır və tamamilə legitim əsaslara malikdir.(A24.az)

www.yenicag.az

487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv