Rusiya Müdafiə Nazirliyi: Koronavirusa qarşı ilk yerli vaksin hazırdır

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ilk peyvənd hazırdır.

Yenicag.az xəbər verir ki, bunu “Arqumentı i faktı” qəzetinə müsahibəsi zamanı Rusiya müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov bildirib.

“Artıq mütəxəssislərimiz və Milli Tədqiqat Mərkəzinin alimləri tərəfindən test nəticələrinin yekun qiymətləndirilməsi aparılıb. Buraxılış zamanı, istisnasız olaraq bütün könüllülər koronavirusa qarşı immunitet alaraq özlərini yaxşı hiss ediblər. Beləliklə, yeni növ koronavirus infeksiyasına qarşı ilk yerli vaksin hazırdır”, – deyə o, bildirib.

COP29