Rusiya Federasiyası Müdafiə Nazirliyinin yaxınlığında orduya çağırılan rus əsgərlərinin arvad və anaları etiraz aksiyası keçirir.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Aksiya iştirakçıları müdafiə naziri Andrey Belousovla görüş tələb edir: “Biz istəyirik ki, yeni nazir bizimlə görüşüb problemimizi həll etməyə başlasın”.
Onların əllərində tutduqları plakatlarda ər və oğullarının Ukrayna müharibəsindən geri qaytarılmasını tələb edirlər.
Aksiya başlayandan dərhal sonra polis nümayişi dağıdıb./unikal