Rusiya müxalifət lideri Navalnı zəhərləndi: Vəziyyəti ağırdır

Rusiya müxalifətinin lideri Aleksey Navalnı xəstəxanaya yerləşdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə “Twitter”də siyasətçinin mətbuat katibi Kira Yarmış yazıb.

“Bu gün səhər Navalnı Tomskdan Moskvaya qayıdırdı. Uçuş zamanı halı pisləşib. Təyyarə Omskda təcili eniş edib. Alekseydə toksik zəhərlənmə qeydə alınıb. Hazırda təcili tibbi yardım maşınında xəstəxanaya gedirik”, – o qeyd edib.

“Güman edirik ki, Alekseyin çayına nəsə qataraq onu zəhərləyiblər. Səhərdən bəri içdiyi yeganə şeydir. Həkimlər deyirlər ki, toksin qaynar maye vasitəsilə sürətlə hopub. Hazırda Aleksey huşsuzdur”, – K.Yarmış əlavə edib.

Omsk xəstəxanasından isə Navalnının vəziyyətinin ağır olduğu bildirilib:

“Tomskdan Moskvaya qayıdarkən zəhərləndiyi güman edilən Aleksey Navalnının vəziyyəti ağırdır”.