Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiya müxalifəti yenidən ayaqlandı: “Putin bezdirib” aksiyası ölkəni bürüyüb

“Açıq Rusiya” hərəkatı “Bezdirib” adlı etiraz aksiyasına start verib.

Yeniçağ.Ru-nun məlumatına görə, təşkilatçılar Rusiyanın 30-a qədər regionunda aksiyanın keçirilməsini yerli hakimiyyət orqanları ilə razılaşdırıblar. Təşkilatçıların açıqlamasına görə, aksiya çərçivəsində aprelin 29-dan etibarən, Rusiya prezidenti Administrasiyasına və bu qurumun regionlardakı nümayəndəliklərinə prezident Vladimir Putinə ünvanlanan yazılı müraciətlər çatdırılacaq: “Aksiyanın məqsədlərindən biri də 2018-ci ildə keçiriləcək növbəti prezident seçkilərində iştirakdan imtina etməkdir”.

Qeyd olunur ki, paytaxt Moskvadan fərqli saat qurşağında yerləşən Uzaq Şərq regionunda etiraz aksiyası artıq başlayıb. Lakin aksiya iştirakçılarına öz mürciətlərini təqdim etməyə imkan verilməyib. “Exo Moskvı” radiosunun ehtimalına görə, Moskvadakı aksiya iştirakçılarının öz müraciətlərini Kremlə çatdırmaq cəhdinin qarşısı alınacaq.

Xatırladaq ki, oliqarx Mixail Xodorkovskinin yaratdığı “Açıq Rusiya” hərəkatı ölkənin “arzuedilməz” təşkilatları sıyahısına salınıb.

Yeniçağ.Az

Loading...

www.yenicag.az

530
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100