Tbilisdə baş verən etiraz aksiyaları Rusiya ilə Gürcüstan arasında münasibətləri yenidən gərginləşdirib.
Yenicag.az xəbər verir ki, yaşanan hadisələr fonunda Rusiya rəsmiləri Gürcüstanı təhdid edir və bir sıra sanksiyalar tətbiq etməklə hədələyirlər.
Ancaq Rusiya müxalifətinin liderləri və nüfuzlu ictimai xadimləri Gürcüstana açıq dəstək verən bəyanatlarla çıxış edir.
Rusiya müxalifətinin lideri Aleksey Navalnı rusiyalıları gürcülərdən nümunə götürməyə və razılaşdırılmamış etiraz aksiayalarına çıxmağa çağırıb. Rusiyanın ən nüfuzlu jurnalistlərindən olan Aleksandr Nevzerov isə çox orjinal şəkildə Gürcüstanla həmrəyliyini nümayiş etdirib. Köynəyin üzərinə öz əli ilə ingiliscə Gürcüstan yazan Nevzorov sonra onu əyninə geyinib.
İndi Rusiya müxalifəti açıq şəkildə bildirir ki, Gürcüstanda Rusiya əleyhinə səsləndirilən fikirlər, nə Rusiya dövlətinə, nə də xalqına ünvanlanır. Gürcüstan əhalisi sadəcə Rusiyada hakimiyyətdə olan Vladimir Putin rejiminə, daha doğrusu onun Gürcüstanın daxili məsələlərinə qarışmasına etiraz edir.