Rusiya NATO-nu narahat edir

9195072_rNik Uitni: «Əgər Putin şahmatda qrossmeyster olduğunu düşünürsə, oyun onun üçün səhv istiqamətdə gedib»

Nəhayət, Ukrayna Rusiyaya adekvat cavablar verməyə başlayıb. Ali Rada ölkənin bitərəflik haqqından qanunu ləğv edib və aşkaranə surətdə NATO-ya istiqamət alıb. Əlbəttə, bu Moskvanı sevindirə bilməzdi və gözlənildiyi kimi, reaksiyası da çox sərt olub. Özü də maraqlıdır ki, Rusiya Ukraynanın bitərəf ölkə statusunun ləğvi ilə bağlı qərarın qəbuluna görə NATO-nu ittihamlayıb. Yəni ruslar başa düşür ki, hazırda Krımı itirən. Şərq vilayətlərində müharibə aparan, xəzinəsi boşalan Ukrayna şəxsi təşəbbüsü ilə belə addımlar atmaz. Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bildirib ki, Kiyevi bu cür qərarı verməyə alyans ölkələri sövq edib. “Onlar Ukraynanı Rusiya ilə qarşıdurmaya sürükləməyə çalışırlar. Ukrayna parlamentinin bu qərarı onsuz da çətin olan vəziyyəti bir qədər də mürəkkəbləşdirəcək”, – deyə o vurğulayıb.

Bu yerdə xatırladaq ki, müstəqillik illərində NATO-Rusiya əlaqələrinin dəyişməsi Ukraynada artan nümayişlərlə başlayaraq rusiyapərəst prezidentin istefasına gətirib çıxarıb. Bundan sonra isə Rusiya öz qüvvələrini Ukraynanın Krim regionuna göndərib və zorla oranı işğal edib. Daha sonra Ukraynanın iki şərq regionunda separatçıları dəstəkləyərək hələ də davam etməkdə olan aylarla sürən müharibəyə səbəb olub.

Bu arada NATO üzv və Qərb ölkələri Rusiya hərbi təyyarələri və gəmilərinin bir neçə dəfə gözlənilməz addımı ilə üzləşib. Moskvanın belə qəfil və təcavüzkar addımları «Soyuq müharibə» zamanından bəri görünməyib.

Böyük Britaniyanın və Avropa İttifaqının sabiq müdafiə rəsmisi Nik Uitni fikirləşir ki, NATO il başa çatdığına görə Vladimir Putinə qədəh qaldırmalıdır. Hazırda Avropa Şurasının Xarici Əlaqələr bölməsində işləyən Nik Uitninin sözlərinə görə, sağlam NATO-nun Rusiya təhdidinə ehtiyacı var və cənab Putin səfehlik edərək bunu təchiz edib.

Uitni deyir ki, Rusiya prezidentinin addımları NATO-nu şoka salıb və silsilə addımlar atmağa vadar edib. Buna Ukraynanın qərbində olanlar, Polşaya və Baltikyanı ölkələrə daha çox hərbi qüvvənin yerləşdirilməsi, ona üzv olan bütün ölkələri müdafiə edəcəyini yenidən təsdiq etməsi və hadisələrə qısa zamanda reaksiya verəcək yeni hərbi qüvvə daxildir.

Londonun Royal Birləşmiş Xidmətləri institutundan Malkolm Çalmer deyir ki, prezident Putin 1990-cı ildən bəri NATO-nun qazandıqlarını geri almaq istədi, ancaq onun bu addımı tərs nəticə verdi: “Rusiya zəif nöqtə axtarır. Onlar NATO-nun müdafisəində boşluq axtarır, onlar NATO-nun parçalanmasını istəyir. NATO-ya üzv dövlətlər inanırlar ki, həmrəy olsalar onlar Rusiyanın hər hansı bir addımının qarşısını ala biləcəklər”.

Çalmers deyir ki, prezident Putin Qərbi Avropada ən yaxşı dostu Almaniya kansleri Angela Merkeli itirdi.

Malkolm Çalmer: “Kansler Merkel digər Qərb liderlərindən fərqli olaraq bu böhranda diplomatik yol tapmaq üçün çox cəhd göstərdi. Merkel güzəşt axtarırdı, ancaq Putin razılaşmağa hazır deyildi”.

Bu arada NATO-ya üzv və digər ölkələr Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etdilər. Bu, Rusiyanın əsas ixracını təşkil edən neft qiymətinin ucuzlaşmasına və rublun dəyərinin 50 faiz itirməsinə səbəb oldu. Ekspertlər bildirirlər ki, Rusiya iqtisadiyyatını gələn il dərin böhran gözləyir.

Yenə də Nik Uitninin dediklərindən: “Bunlar Putin üçün çox strateji uğursuzluqdur. Beləliklə, əgər o şahmatda qrossmeyster olduğunu düşünürsə, oyun onun üçün çox səhv istiqamətdə gedib”.

Bu prezident Putinin geri çəkiləcəyi mənasına gəlmir. Hətta bəzi ekspertlər deyir ki, problemlər onu daha da çılğın edə bilər. Ancaq bu ilin sonlarında ABŞ dövlət katibi Con Kerri bildirib ki, Rusiyanın Ukraynanın şərqindəki mövqeyi dəyişməyə başlayıb. O, Rusiyanın konstruktiv addımlar atdığını və bunun münaqişənin həllində yeni yolun açılmasına səbəb ola biləcəyini deyib.

Bu arada, Qərb Rusiyanı sıxdıqca rçsmi Moskva daha çox etiraflar etməkdədir. Dünən də Rusiyanın baş naziri Dmitri Medveldyev deyib ki, ölkəsinin iqtisadiyyatı dərin tənəzzülə girmək təhlükəsi ilə üzləşib. “Bizim üçün daha dərin tənəzzülə girmək riskləri mövcuddur”, – Medvedev hakim “Vahid Rusiya” partiyasının Ali və Baş Şuralarının geniş iclasında çıxış edərkən bildirib. Baş nazirin sözlərinə görə, hazırda yaranmış vəziyyət, 2008-ci ildəki böhrandan daha çətindir: “O vaxtlar [2008-2009-cü illərdə] biz dünya ilə birlikdə böhrandan çıxırdıq, hazırda isə bir sıra ölkələr iqtisadiyatımızın inkişafına maneələr törətməklə məşğuldur”. Rusiyanın İqtisadi İnkişaf Nazirliyi 2015-ci ildə ümumdaxil məhsulun həcminin 0,8 faiz azalacağını proqnoz edib. Medvedevin sözlərinə görə, hökumət 2008-ci ildəki böhran vaxtı olduğu kimi bazardakı vəziyyətə təsir göstərməyə çalışacaq.

(hafta.az)