“Nüvə silahı bizə Tanrının hədiyyəsidir. O silah istifadə edilməsi üçün yaradılıb, muzeydə saxlanılması üçün yox. Rusiya bu silah sayəsində ABŞ və Avropanı Ukraynada müharibəyə birbaşa iştirakdan yayındıra bildi”.
Yenicag.az xəbər verir ki, bu sözləri professor, prezident Putinə yaxın olan politoloq və dövlət məsləhətçisi Sergey Karaqanov deyib.
Onun sözlərinə görə, nüvə silahının Qərbə təzyiq kimi istifadəsi effektivliyi azalıb.
“Buna görə də Rusiya bu silahla bağlı yeni addımlar atmalıdır. Moskva Qərbin bundan sonrakı təzyiqlərinə necə cavab verəcəyini müəyyən etməlidir. Misal olaraq, boş ərazidə nüvə sınağı keçirmək olar. Eyni zamanda, Polşa və ya başqa bir NATO ölkəsinə taktiki nüvə silahı ilə zərbə endirmək lazımdır. Moskva eskalasiya nərdivanında buna getməlidir”, – deyə o bildirib.
Rafi Müslümov