!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-NATO savaşı? Suriyada Qərbi qıcıqlandıran əməliyyatlar niyə başladı?

!Reklam – Yazi

 

5824153223_7266805b90Qabil Hüseynli: “Rusiyanın bu hərəkətləri yəqin ki, NATO-ya ona qarşı çıxış etmək vəziyyətinin yaranmasına gətirib çıxaracaq”

Rusiyanın Suriyada hava əməliyyatlarına başladığı ikinci gün–oktyabrın 1-də türk və rus qırıcıları üz-üzə gəliblər.

Türk mənbələrinə görə, Hatay vilayətinin Yayladağı mahalı ilə həmsərhəd Suriyanın Yamadıya bölgəsini vuran rus qırıcıları Türkiyənin “qırmızı xətti” olan hava məkanına daxil olublar. Rusiya qırıcıları Türkiyə sərhədini pozmasalar da, Ankaranın hərbi təyyarələrin uçuşu üçün qadağan etdiyi 5 millik hava sahəsinə girib. Məlumata görə, bölgədə patrul uçuşu həyata keçirən Türkiyənin iki F-16 təyyarəsi havaya qalxandan sonra Rusiya təyyarələri sözügedən hava məkanını tərk ediblər.

Qeyd edək ki, 2012-ci ildə Suriyanın türk qırıcısını vurmasından sonra Ankara Suriya sərhədindən Türkiyəyə yaxınlaşan istənilən hava vasitəsini 5 millik hava məkanında təhdid kimi qiymətləndirir.

Görəsən, yaranmış bu vəziyyət NATO üzvü olan Türkiyə ilə Rusiyanın bölgədə toqqoşması ilə nəticələnə bilərmi?

Politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında bildirdi  ki, belə davam edəcəyi təqdirdə yaxın zamanlarda Rus hərbi təyyarələri NATO qüvvələrilə üz-üzə  gəlməli olacaq: “Türkiyə onsuz da Rusiyanın Suriyaya daxil olmasına qarşı çox təpkilidir və ona qarşı müəyyən tədbirlərə əl atacağını da bildirib. Əsas tədbirlər isə yəqin ki, NATO ilə birgə işlərin hazırlanması olacaq. Rusiya təyyarələrinin Türkiyə sərhədinə yaxınlaşması fonunda baş verən hadisə həqiqətən də ciddi hadisədir. Belə görünür, rus qırıcıları Türkiyə sərhədinə xeyli dərəcədə yaxınlaşıb. Hətta buna görə Türkiyə havaya öz qırıcılarını qaldırmalı olub. Belə görünür ki, Rusiya hələ çox könülləri bullandıracaq. Ona görə də güman edirəm ki,  Türkiyə təcili olaraq NATO-ya müraciət etməli, onun əsasında da Moskvaya qarşı daha ciddi tədbirlərin görülməsi barədə fikirləşilməlidir. Rusiya neçə ildir ki, beynəlxalq münasibətləri mütəmadi olaraq pozur, gərginliyi artırmaq xətti tutub. ABŞ-da gözləyir ki, Rusiya bölgə əhalisinin əksəriyyətini təşkil edən sünni ərəblərin ciddi nifrətini qazansın və beləliklə düşdüyü bataqlıqdan çıxa bilməsin.

Rusiyanın bu hərəkətləri yəqin ki, NATO-ya ona qarşı çıxış etmək vəziyyətinin yaranmasına gətirib çıxaracaq. NATO-nun imkanları genişdir. Artıq Türkiyədəki İncirlik bazasında ciddi fəallıq müşahidə olunur. NATO Səudiyyə Ərəbistanı, Suriya Azadlıq Ordusu (SAO) ilə birlikdə ciddi hərəkətə keçə bilər. SAO “stinger” raketlərilə təchiz edilsə, qısa zamanda Rusiyanın buradakı qırıcılarını da sıradan çıxarmaq olar. Belə olan halda Rusiya müharibənin ağırlığını da dərk edəcək”.

ELÇİN

www.yenicag.az

916
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv