Rusiyanın “SZKEO” nəşriyyatı dünya xəritəsi ilə bağlı dərc etdiyi nəşrdə Dağlıq Qarabağla bağlı əsassız iddialara yer verib.
Yenicag.az xəbər verir ki, bu barədə Moskvada yaşayan həmyerlimiz, tanınmış diaspor fəalı Şamil Tağıyev məlumat verib. Onun sözlərinə görə, “Dünya ölkələri” adlı kitabda separatçı rejim “Dağlıq Qarabağ Respublikası” kimi təqdim olunub.
Kitabda əks olunan məlumatların həqiqəti əks etdirmədiyini, qondarma respublikanın keç kim tərəfindən tanınmadığını və kitabda buna dair heç bir sübut göstərilmədiyini qeyd edən diaspor fəalı yanlışlığın düzəldilməsini tələb edib. Əks təqdirdə Rusiyada yaşayan azərbaycanlıların redaksiyaya qarşı məhkəməyə müraciət edəcəklərini qeyd edib.