Rusiya nümayəndə heyəti Türkiyəyə yola düşüb

andreykarlovMütəxəssislərdən ibarət nümayəndə heyətinin tərkibində məhkəmə tibbi eksperti də var.

Yeniçağ.Az türk mətbuatına istinadən xəbər verir ki, Rusiya nümayəndə heyəti ölkənin Türkiyədəki səfiri Andrey Karlovun sui-qəsdlə öldürülməsini araşdımaq üçün Ankaraya yola düşüb.

Qeyd edək ki, dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov silahlı sui-qəsd nəticəsində öldürülüb. Rəsmi Ankara və Moskva bu hadisəni kəskin şəkildə qınayaraq, sui-qəsdin iki ölkə münasibətlərinə zərər vurmağa yönəldiyini bildiriblər.

Yeniçağ.Az