Rusiya ordusu kəskin hücuma keçdi – Ukraynalılar GERİ ÇƏKİLİR – FOTO

Rusiya ordusu hücum əməliyyatlarının sayını artırıb, 50-dən çox toqquşma ikinci gündür davam edir, ukraynalılar daim geri çəkilir.

Yenicag.az xəbər verir ki, bu arədə məlumatı CNN yayıb.

Nəşrin yazdığına görə, Rusiya Federasiyası cəbhə xəttinin böyük hissəsi boyunca hücum əməliyyatları aparır.

“Ukrayna hərbçiləri döyüş sursatları tükənməyə başladığı və ABŞ-dən heç bir maliyyə almadığı üçün mövqelərini saxlamağa çalışır”, – CNN qeyd edib.

Döyüşlər ölkənin şimal-şərqində, Xarkov və Luqansk vilayətlərinin qovuşduğu ərazidə gedir. Ukrayna artıq bir həftə əvvəl Kraxmalnını tərk edib.

Ukrayna ordusu qeyd edir ki, rusların ukraynalılardan xeyli çox pilotsuz təyyarələri var.
Ukrayna ordusunun cənubundakı Zaporojye vilayətində əməliyyatlara cavabdeh olan rəsmi nümayəndəsi Aleksandr Ştupun bildirib ki, hazırda Rusiya Ukraynanın əvvəllər aldığı əraziləri geri qaytarmağa yönəlib. Rusiya Silahlı Qüvvələri güclü hücuma keçib.

Xuraman Etibarlı

COP29