Rusiya ordusu Kiyevə İran PUA-ları ilə hücum etdi

Rusiya ordusu dekabrın 14-də səhər saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərinə və vilayətinə İran istehsalı olan PUA-larla hücum edib.

Yenicag.az xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, şəhərdə partlayış baş verib. Kiyev, Jitomir və Vinnits vilayətlərində də həyəcan siqnalı verilib.

İtki və dağıntılar barədə hələlik məlumat yayılmayıb.

Ukrayna Hərbi Hava Qüvvələri paytaxtın və vilayətin səmasında Rusiya ordusuna məxsus İran istehsalı olan 10 PUA-nı məhv edib.

Məlumata görə, PUA-ların hücum etdiyi Kiyev şəhərinin Şevçenko rayonunda 71 sənaye kompleksi yerləşir./Report/