Rusiya ordusu manevrlərə başladı

5fade26030b3Rusiyanın Dövlət başçısı Vladimir Putinin əmri ilə  Mərkəzi Hərbi Bölgəyə aid ordu qüvvələri anidən manevrə keçib.

Yenicag.az xəbər verir ki, Putin ordunun hər hansı olaylarla bağlı ayıq-sayıq olmağı barədə əmr verib.

Ölkənin Müdafiə naziri bildirib ki,  sentyabrın 12-nə qədər davam edəcək təlimlərdə ordunun hava qüvvələri də iştirak edəcək.   Müharibə yaxud fövqəladə vəziyyətlər zamanı ordunun hansı strategiya ilə hərəkət edəcəyi ilə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, 2011-ci ildən bəri Rusiya hökuməti anidən orduya manevr etmə qərarları verir.  Ölkənin müdafiə nazirliyinin açıqlamasına görə,  bu cür ani manevrlər ordunun döyüş qabiliyyətinin itirməsinin qarşısını almaq üçün edilir.