Rusiya ordusunda dəhşətli hadisə qeydə alınıb.
Yenicag.az xəbər verir ki, Amur vilayətində hərbi xidmətdə olan əsgər onunla birgə xidmət keçən yoldaşlarına atəş açıb.
Rusiya mətbuatının yaydığı xəbərə görə, hadisə nəticəsində 3 hərbçi ölüb, daha 2 nəfər isə yaralanıb.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, həmin əsgər silahını götürərək poliqondan qaçıb.
Onun axtarışı ilə bağlı işlər davam etdirilir.