Ukraynanın Buça şəhərində Rusiya əsgərlərinin yerli sakinlərin qətlində iştirakını təsdiqləyən yeni faktlar aşkarlanıb.
Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, CNN telekanalının yayımladığı martın 12-i və 13-də Buçada dronla çəkilmiş kadrlarda qətlə yetirilmiş sakinlərin cəsədləri ətrafında Rusiya əsgərlərinin cəmləşdiyi əks olunub.
Çəkilişi aparan şəxsin adı təhlükəsizlik məqsədilə məxfi saxlanılır.
Martın 13-də çəkilmiş kadrlarda Rusiyaya aid hərbi texnikanın yol kəsişməsində dayandığı, bir qədər aralıda isə güllələnmiş insanların cəsədlərinin toplandığı görünür.
Bu görüntülər “Maxar Technologies” peyki tərəfindən martın 18-də də qeydə alınıb.