Rusiya ordusunun polkovnik-leytenantı Ukrayna hərbçilərinə əsir düşdü – FOTO

Rusiya Silahlı Qüvvələrinin polkovnik-leytenantı Ukrayna hərbçiləri tərəfindən əsir götürülüb.

Yenicag.az xəbər verir ki, məlumatı “Ukraina online” yayıb.

Məlumata görə, polkovnik-leytenant Artyom Vladimiroviç Xelemendik 1983-cü il mayın 16-da anadan olub. O, 90 151 saylı hərbi hissənin məntəqə rəisidir.