!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya öz öhdəliklərini icra etmədikcə, Azərbaycan ordusunun nəzarət zonasını genişləndirməsi...” – ŞƏRH

!Reklam – Yazi

“Azərbaycanın bu halla bağlı Moskvaya dəfələrlə sərt formada etiraz etməsinə baxmayaraq, vəziyyət nəinki dəyişmədi, əksinə, daha da dərinləşdi”.

Bu fikirləri Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə bir sıra mövqeləri nəzarətə götürməsini şərh edən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya kontingentinin separatçılara istənilən dəstəyi onların öz əleyhinə çevriləcək:

“Hamımız görürük ki, üçtərəfli bəyanat əsasında Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti ilk gündən öz faktik funksiyası əvəzinə, separatçılara dəstək missiyasını yerinə yetirməkdədir. Azərbaycanın bu halla bağlı Moskvaya dəfələrlə sərt formada etiraz etməsinə baxmayaraq, təəssüf ki, vəziyyət nəinki dəyişmədi, əksinə, daha da dərinləşdi.

Azərbaycanlı ekoloji fəalların Laçın-Xankəndi yolunda ötən ilin dekabrında başladıqları etiraz aksiyası nəticəsində separatçıların təchizat məsələsi nəzarətə götürülsə də, onların yenə Rusiya hərbçilərinin yardımı ilə dağ yollarından istifadə edərək silah daşımalarına son qoymamaları gərginliyi bu həddə çatdırdı. Nəticədə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri separatçıların yararlandıqları yolların keçdiyi əraziləri yüksək peşəkarlıqla nəzarətə götürdülər.

Təbii ki, Rusiya tərəfinin buna reaksiyası və sülhməralı adlandırılan kontingentin həmin ərazilərdə yeni “post”lar qurmaları gözlənilməz olmadı. Lakin Azərbaycan ordusunun bu həmləsi Rusiyaya açıq mətnli göndərişdir. Yəni Rusiya üçtərəfli bəyanat əsasında üzərinə götürdüyü öhdəlikləri icra etmədikcə, Azərbaycan ordusunun nəzarət zonasını genişləndirməsi davam edəcək”.

A.Zeynalov

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv