“Nabiullina ölkəmizi məhv olmaq yoluna aparır”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Mixail Delyagin deyib. O bildirib ki, rublun məzənnəsinin necə aşağı düşdüyünü, bahalaşdığını və məyusedici proqnozları görməmək çətindir.
Onun sözlərinə görə, Nabiullina Putini aldadır. Dövlət məhvolma yolundadır və bu yoldan dönəcəyinə ümid yoxdur.
“Nabiullina ilə hər şey qaydasındadır. Düşünürəm ki, o, prezident Putinin tam dəstəyinə malikdir. Ona görə də şəxsən mənim burada nəyinsə dəyişəcəyinə ümidim yoxdur”, – Delyagin vurğulayıb.
Xuraman Etibarlı