!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya özünün kiçik potensialını Venesuelada havaya sovurur” – İqor Pankratenko

!Reklam – Yazi

“Moskva Suriyanın gələcəyinə yönəlik qəti mövqeyindən geri çəkilməyi düşünməyən Türkiyə ilə üz-üzə gəlməli olacaq”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Rusiyanın Suriyadakı növbəti addımlarını və Moskvanın Venesuela böhranındakı iştirakının mümkün nəticələrini dəyərləndirən rusiyalı politoloq İqor Pankratenko deyib.

Pankratenkonun sözlərinə görə, Rusiya Suriyada taktiki qələbə qazansa da, müharibəni uduzub:
“Suriya ekspedisiyası” Rusiyaya xeyirdən çox ziyan gətirib. Qarşıda Rusiya özünün “mövcudluq sərhədləri” uğrunda çox ciddi düşmənlərlə mübarizə aparmalı olacaq.

Əvvəla, Moskvanın qarşısında çətin vəzifə – Tehranın Suriyadakı iştirakını məhdudlaşdırmaq vəzifəsi dayanır. Çünki Suriyanın gələcəyinə baxış məsələsində Rusiya ilə İranın mövqeyi kəskin fərqlənir və bu məsələnin həlli mümkünsüz görünür. Hər halda, Suriyanın hakim elitasında İranyönümlü qrupların mövqeyi yetərincə güclüdür.

İkincisi, Moskva Suriyanın gələcəyinə yönəlik qəti mövqeyindən geri çəkilməyi düşünməyən Türkiyə ilə üz-üzə gəlməli olacaq. Rusiya üçün “yerli Suriya spesifikası” Türkiyədən ötrü milli təhlükəsizlik məsələsidir.

Üçüncüsü, aydındır ki, Suriyada indiki sabitliyin qorunub saxlanılması Rusiya və İranın dəstəyi ilə Əsədin nəzarətinə keçmiş ərazilərin ilk növbədə iqtisadi bərpasından asılıdır. Bunun üçünsə hətta “büdcə variantı” ilə hesablasaq, yüz milyardlarla dollar vəsait tələb olunur.

ABŞ və müttəfiqləri bu prosesdə iştirak etmək niyyətində deyillər. Ümumiyyətlə, ABŞ Əsəd hakimiyyətdə olduğu müddətdə Suriyanın bərpasına pul xərcləməyəcəyini bildirib. O halda bu məsələ necə həll olunacaq? Rusiya büdcəsindən pul ayıracaq? Onun belə bir imkanı varmı?

Rusiyanın Suriyada taktiki qələbə çaldığını, ancaq müharibəni uduzduğunu təsdiqləyən əlavə on bənd də göstərmək olar.

Bu fikirləri Rusiyanın Venesueladakı fəaliyyətinə də aid etmək mümkündür. Bilirsiz, Rusiya üçün Latın Amerikası “idxalda da, ixracda da eyni şeydir”. Yəni orada maraqların toqquşması müzakirə mövzusu deyil. Sadəcə, ABŞ “arxa bağçası”nda kimin söz sahibi olduğunu dünyaya nümayiş etdirir. Rusiya isə bu addıma “protest” verməyə çalışır və geri qayıdıb-qayıtmayacağını düşünmədən, oraya sərmayə qoyur.

Bir sözlə, mənim ölkəm özünün onsuz da böyük olmayan xarici siyasət potensialını Venesuelada havaya sovurur”.

Qafqaz Ömərov

www.yenicag.az

4529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv