Rusiya özünün son model təyyarəsini VURDU

Rusiya hava hücumundan müdafiə sistemləri Rusiyanın öz Su-35 təyyarəsini vurub.

Yenicag.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi açıqlayıb.

Bildirilib ki, hadisə Zaporojye vilayəti ərazisində baş verib: “Bu, Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlamasından bəri vurulan beşinci Su-35S-dir”.