!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya patriarxından “CƏNNƏTƏ QƏBZ”: “Hərbi borcunu yerinə yetirərkən ölənlər...”

!Reklam – Yazi

Rus Pravoslav Kilsəsinin (RPK) rəhbəri ölkədə elan olunmuş qismən səfərbərliyi dəstəkləyib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Rus Pravoslav Kilsəsinin (RPK) patriarxı Kiril bazar ibadətindəki çıxışı zamanı ölkədə elan olunmuş qismən səfərbərliyi “barışığa” yol açan vasitə kimi qiymətləndirib.

Onun iddiasına görə, bu yolla Rusiya və Ukrayna arasında “barışığa” nail olmaq mümkündür.

Lakin Kiril əlavə edib ki, bu “barışıq” həm də Ukraynanın RPK-nın “vahid məkan”ına qaytarılmasına imkan yaradacaq.

Patriarx bildirib ki, RPK “barışıq” dedikdə heç bir halda “təhlükəli güzəşt”lərə gedilməsini nəzərdə tutmur.

Kiril bəyan edib ki, “hərbi borcunu yerinə yetirərkən ölənlər”in bütün günahları bağışlanır.

www.yenicag.az

477
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv