!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya postsovet ölkələrini öz ətrafında daha nə qədər zorla saxlayacaq? - Ukraynalı politoloqun cavabı

!Reklam – Yazi

“Hazırda Rusiyanın postsovet məkanında aktiv siyasət yürüdərək, liderə çevriləcəyini söyləməyin yeri yoxdur”.

Bu fikirləri Yenicag.Ru-ya müsahibəsində Ukraynalı politoloq, jurnalist-publisist, “Azadlıq” radiosunun şərhçisi Vitali Portnikov deyib.

– Rusiyanın postsovet məkanına təsirini necə qiymətləndirirsiz?

– Bu məsələni bir neçə mərhələyə ayırmaq lazımdır. 1991-2001-ci illərdə Rusiyada belə bir fikir hakim idi ki, keçmiş sovet respublikaları avtomatik olaraq, Rusiyanın ətrafında birləşəcəklər. Bundan sonra – Rusiyada 2001-2008-ci illərdə “əzələlərin möhkəmləndirilməsi” mərhələsi oldu. 2008-ci ildən sonra isə Rusiya possovet məkanında öz maraqlarını silah gücünə qorumağa başladı.

Ancaq 2014-cü ildə Rusiyanın Ukraynaya hücumundan sonra bu proses zəiflədi – başa düşdülər ki, həmin siyasət nəticəsində Rusiyanın üzləşəcəyi sanksiyalar ölkə iqtisadiyyatını çökdürəcək və onu təcrid vəziyyətinə salacaq. Fikrimcə, hazırda Rusiyanın postsovet məkanında fəal siyasət yürüdəcəyi və oranın liderinə çevriləcəyi barədə danışmağın yeri yoxdur. Çünki Rusiyanın ətrafında cəmləşən ölkələrin bunda yeganə məqsədləri ondan yardım almaq idi. Lakin 2014-cü ildən sonra Rusiyanın maddi imkanlarının zəifləməsi ona öz “peyk”lərinə yardım göstərmək resurslarını xeyli zəiflətdi. Maddi imkanların azalması isə Rusiyanın postsovet məkanına təsir gücünü də getdikcə azaldacaq.

Hətta Rusiyanın postsovet məkanı ölkələrini təsir dairəsində saxlamağa çalışacağını ehtimal etsək belə, nəzərə alaq ki, o həmin dövlətləri yedirtmək iqtidarında deyil. Düşünürəm ki, bunu Rusiyada da, həmin ölkələrdə da anlayırlar. Eyni zamanda, Qərb də 2014-cü ilə qədər Ukrayna və Gürcüstanı Rusiyanın nüfuz zonaları kimi qəbul edirdi. Lakin Rusiya Ukraynaya hücum etməklə bu yanaşmanı aradan qaldırdı.

– Qarabağ və Donbas münaqişələrini necə qiymətləndirirsiz? Bu konfliktlərin kəskinləşməsi ehtimalı varmı?

– Bu münaqişələr arasında ciddi bənzərlik və həm də fərqlər mövcuddur. Əvvəla, Qarabağ münaqişəsi Ermənistanla Azərbaycan arasında olan və Rusiyanın da qatıldığı bir konfliktdir. Donbas münaqişəsində isə birbaşa iştirakçı Rusiyadır.

Digər tərəfdən, başa düşmək lazımdır ki, Qarabağ münaqişəsi etnik konfliktdir və milli sərhədlər üzrə davam edir. Təəssüf ki, münaqişə sadəcə, Qarabağın ərazisi ilə çərçivələnmir, qarşıdurma xətti Azərbaycan və Ermənistan, həmçinin Ermənistan və Türkiyədən keçir. Acınacaqlı haldır ki, bu konflikt regionun inkişafına ciddi maneə törədir.

Münaqişənin kəskinləşmə ehtimalına gəldikdə isə, düşünmürəm ki, Qarabağ konfliktindən Azərbaycan və Ermənistana təsir vasitəsi kimi istifadə olunur. O baxımdan, istənilən kəskinləşmə Rusiyanın vasitəçilik zərurətini ortaya çıxarır.

– Son zamanlarda Ukrayna ilə Türkiyə arasında yaxıınlaşma müşahidə olunmaqdadır. Bu yaxınlaşmanın hansı nəticələri ola bilər?

– Öz ölkəsinin geopolitik əlaqələrinə nəzər salan ağlı başında olan istənilən adam Türkiyə kimi bir dövlətlə yaxşı münasibətlərə malik olmaq, onun iqtisadi gücü və regional nüfuzundan yararlanmaq istəyər. Digər tərəfdən, mənə belə gəlir ki, Ankaranın özü də xarici siyasəti dəqiq müəyyənləşdirməlidir.

Rusiya ilə əvvəlcə qarşıdurmaya, sonra isə barışığa baxsaq, fikrimcə, Ərdoğan-Putin münasibətlərindəki fəallıq hələ uğurla nəticələnməyib. Türkiyənin iştirak etdiyi proseslərdə Ukrayna yoxdur. Söhbət Suriya böhranı və Cənubi Qafqazdakı proseslərdən gedir. Türkiyə ilə Ukrayna arasında tək iqtisadi deyil, həm də siyasi münasibətlərin inkişafı üçün tək Kiyevin arzusu yetərli deyil – Ankara da bunu istəməlidir.

Yenicag.Az

www.yenicag.az

959
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv