Rusiya prezidenti ABŞ-ın dövlət katibi ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan ABŞ dövlət katibi Reks Tillersonu qəbul edib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitriy Peskov bildirib.

Danışıqlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edib.

Hələlik görüşün detalları açıqlanmır. Bundan əvvəl S.Lavrov və R.Tillerson arasında beş saat davam edən danışıqlar baş tutub.

Yeniçağ.Az