Rusiya prezidenti Türkiyəni hədələyib

581442c7683152f1d986fd2e37e54332“Türkiyə əvvəllər Suriyanın hava məkanını tez-tez pozurdu, hünəri varsa indi də pozsun”

“Türkiyənin indiki rəhbərliyi ilə anlaşmaq mümkünsüzdür”.
Bunu Rusiya prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransında deyib.

“Təcrübə göstərir ki, bizim üçün anlaşmaq çətindir və yaxud da praktiki olaraq bu, mümkün deyil. Hətta biz “hə” deyərkən, arxadan bizə zərbə vururlar, özü də anlaşılmayan səbəblər üzündən. Bu üzdən də dövlət səviyyəsində perspektiv görmürəm”, – deyə o vurğulayıb.

Rusiyanın Türkiyə ilə onun üçün həssas olan məsələlər üzrə əməkdaşlıq etməyə hazır olduğunu deyən Putin bildirib ki, Ankaranın Suriya sərhədindəki maraqlarını mövcud əməkdaşlıq kanalları vasitəsi ilə müzakirə etmək üçün imkanları olsa da, bunu etməyib. “Nəyə lazım idi bunu (Su-24 təyyarəsini vurmaq-red.) etmək? Mən anlamıram. Bəlkə onlar düşünürdülər ki, biz oradan qaçacağıq? Əlbəttə ki, yox. Rusiya o ölkələrdən deyil”, – deyə o vurğulayıb.

Rusiyanın Suriyada hərbi mövcudluğunun gücləndirildiyini deyən Putin artıq bu ölkədə S-400 hava hücumundan zenit-raket komplekslərinin yerləşdirildiyini bildirib: “Türkiyə əvvəllər Suriyanın hava məkanını tez-tez pozurdu, hünəri varsa indi də pozsun”.(APA)