Rusiya PUA-larla Odessaya zərbələr endirdi

Avqustun 23-nə keçən gecə Rusiya hərbçiləri Odessa vilayətində üç saat ərzində pilotsuz təyyarələrlə zərbələr endiriblər.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, regional hərbi administrasiyanın rəhbəri Oleq Kiperin sözlərinə görə, hücumun hədəfi mülki infrastruktur obyektləri olub.

İzmaildən – Ukraynanın Dunaydakı limanından və ətraf ərazilərdən də partlayış xəbərləri gəlib.