Luqansk vilayətinin Popasna şəhərində rus ordusu fosforlu sursatlardan istifadə edib.
Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın Patrul Polisi Departamenti rəisinin birinci müavini Aleksiy Biloşitski “Facebook” sosial şəbəkəsində paylaşım edib.
O qeyd edib ki, fosforlu sursatları qadağan edilib, onlar dağıdıcı və yandırıcı nəticələrə gətirib çıxarır.
“Bunu nasistlər “Brennende Zwiebel” adlandırırdılar. Bunu indi işğalçılar şəhərlərimizə buraxırlar. İnanılmaz əzablar və yanğınlar var”, – deyə Beloşitski vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Luqansk hərbi-mülki administrasiyasının rəhbəri Serhiy Qaydai Lisiçansk, Severodonetsk və Rubijne şəhərlərinin ətrafında döyüşlərin getdiyini, Popasna və Qorskayanın isə davamlı olaraq atəşə tutulduğunu bildirmişdi.