Rusiya qadağanı götürdü – Türkiyə şirkətləri bazara buraxıldı

Türkiyənin 6 şirkətinə Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac etməyə icazə verilib.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Rosselxoznadzor” qurumunun sədri Sergey Dankvertin açıqlamasında bildirilib.

Onun sözlərinə görə, Türkiyə şirkətləri ilə bağlı mayın 14-19-da aparılan araşdırma zamanı onlardan 6-na Rusiyaya məhsul göndərmək icazəsi verilib.

Bildirilir ki, araşdırma kahı, badımcan, bibər və Çin kahısı istehsalı üzrə ixtisaslaşan 18 şirkət arasında aparılıb.

Yeniçağ.Az

COP29