!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya “qara qutu”nu açdı, hamı 21 dekabrı gözləyir

!Reklam – Yazi

vskritie cernogo yashikaTürkiyə tərəfindən vurulan `Su-24` tipli rus təyyarəsinin `qara qutu`sunun açılması ilə bağlı ilkin məlumatlar dekabrın 21-də ictimaiyyətə təqdim ediləcək.

Bu barədə AzVision.az `RİA Novosti`-yə istinadən xəbər verir.

“Sabah, dekabrın 19-u informasiyanın analizi və işlənməsi üzrə işlər həyata keçiriləcək. Bu işlərin yekunlaşmasından sonra bazar ertəsi əldə olunan məlumatlar barədə ictimaiyyət məlumat veriləcək”, – deyə Rusiya Müdafiə Nazirliyinin rəsmisi qeyd edib.

O, həmçinin qeyd edib ki, bu gün bərk informasiya daşıyıcısının qurğudan çıxardılması və onun texnoloji stendə montajı üzrə işlər aparılacaq.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib. Bundan sonra Rusiya və Türkiyə arasında münasibətlər kəskinləşib.

www.yenicag.az

431
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv