!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Qarabağ münaqişəsini həll edən olsaydı...

!Reklam – Yazi

Moskvanın Qarabağ münaqişəsinin həllində effektli və həlledici addımlar atacağı şübhə ilə qarşılanır.

Yenicag.Az xəbər verir ki, qeyd olunan fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru Mübariz Əhmədoğlu bu gün keçirtdiyi ənənəvi brifinqdə səsləndirib.

Politoloqun fikrincə, Ermənistanın cəbhə bölgəsindəki son təxribatları, xüsusilə, biri azyaşlı uşaq olmaqla iki dinc sakinin ölümü ilə nəticələnən hərbi cinayəti bir neçə məqsəddən qaynaqlanır:

“Açıq görünür ki, Ermənistan bu təxribatı ilə bir neçə məqsədə nail olmağa çalışır. Əsas məqsədləri ictimai rəyi müəyyən qədər dəyişmək və Ermənistanın guya təşəbbüsə yiyələndiyini göstərməkdir. Eyni zamanda, bununla Rusiyaya Azərbaycanın Qərblə yaxınlaşmasının intensivləşdiyini göstərmək istəyirlər.

Erməni təxribatı nəticəsində həlak olan vətəndaşımıza və Zəhra balamıza Allahdan rəhmət diləyirəm. Mən cəmiyyətimizin bu hadisəyə reaksiyasını başa düşürəm. Eyni zamanda, bu fikirdəyəm ki, mümkün qədər təmkinlə davranmalıyıq.

Çünki ermənilərin bu hərəkətləri artıq özlərinə qarşı çevrilməkdədir. Özünüz də baxın, mətbuatda və sosial şəbəkələrdə Zəhranın fotoşəkilləri necə yayılır. Artıq xarici mətbuat və beynəlxalq təşkilatlar da bu faciəyə reaksiya verməyə başlayıblar. 2 yaşlı Zəhranın qan içində olan fotoşəkilləri hətta Ermənistanda da müəyyən həyəcan yaradıb, onlar bu cinayətin altından necə çıxacaqlarını fikirləşirlər.

Bu baş verənlər bir daha göstərir ki, Qarabağ münaqişəsi tezliklə və ədalətli həll olunmalıdır. Bəli, ATƏT-in Minsk qrupunun həmsədrləri öz missiyalarını həyata keçirə bilmir, işğalçı Ermənistana qarşı təsirli tədbirlər görülmür.

Bu barədə danışarkən adətən, diqqət Rusiyaya yönəlir. Ancaq mən mediamızın Rusiyanı ümumi şəkildə tənqid atəşinə tutmasının tərəfdarı deyiləm. Rusiyanın ümumilikdə deyil, konkret addımları tənqid oluna bilər. Nümunə də göstərə bilərəm: Rusiya Xarici İşlər Nazirliyi. Bu qurum sanki ermənilərlə birlikdə çalışır.

O baxımdan, ATƏT-in Minsk qrupunun səlahiyyətlərinin Rusiyaya verilməsinə dair Moskvadakı səfirimiz Polad Bülbüloğlunun çağırışı birmənalı qarşılanmır. Gəlin xatırlayaq: ATƏT-də həmsədrlər formatı necə yaradıldı? Axı 1997-ci ilə kimi Minsk qrupuna Rusiya sədrlik edirdi. Yəni Rusiya Qarabağ münaqişəsini həll edən olsaydı, o zaman Minsk qrupuna əlavə həmsədrlərin seçilməsinə ehtiyac qalmazdı ki?

Bütün hallarda reallıq ondan ibarətdir ki, Azərbaycanın işğal edilmiş əraziləri azad olunmalıdır. Azərbaycan hansı yolla olur-olsun öz ərazi bütövlüyünü bərpa edəcək”.

A.Zeynalov

Yenicag.Az

www.yenicag.az

923
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv