!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Qarabağ münaqişəsinin həllində maraqlıdır, ya yox? – Ekspert şərhi

!Reklam – Yazi

1jiw0Elxan Şahinoğlu: “Bu ondan xəbər verir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində maraqlı deyil, onun bu istəyi yoxdur”

Putin Rusiyanın müvafiq dövlət qurumlarına Qafqazda Ermənistanla birləşmiş regional hava hücumundan müdafiə sisteminin yaradılması haqqında saziş imzalamağı tapşırıb. Bu o deməkdir ki, Rusiya Ermənistan səmasının müdafiəsini tamamilə öz üzərinə götürür. Ermənistana atılacaq hər hansı bir raket Rusiya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən havada ikən zərərsizləşdiriləcək.

Politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında bildirdi ki, Moskva Ermənistanla birgə atdığı bu addımla özünün Dağlıq Qarabağ konfliktinin həllində maraqlı olmadığını bir daha ortaya qoydu: “Azərbaycan Rusiya ilə yaxınlaşmaq istəsə də, göründüyü kimi Moskva Dağlıq Qarabağ münaqi.əsinin ədalətli həllində maraqlı deyil. Putinin sözügedən sərəncamı əslində Azərbaycana xoş olmayan jestdir. Rusiya xarici işlər naziri Lavrovun bu günlərdə verdiyi açıqlama da ondan xəbər verir ki, rəsmi Moskva AŞ PA-nın münaqişə ilə bağlı məruzəsindən də narahatdır. Çünki həmin məruzədə Azərbaycan torpaqlarının işğaldan azad olunması, bu ərazilərdə suverenliyin bərpası və qaçqınların geri dönməsi faktı vurğulanırdı. Bu əlbəttə ki, Ermənistan hakimiyyətinin də maraqlarına cavab verir. Halbuki biz AŞ PA qətnaməsinin ATƏT həmsədrlərinin fəaliyyətində də əsas götürülməsini istəyirik. Bu yaxınlarda Rusiya Ermənistana silah almaq üçün 200 milyon dollarlıq kredit də ayırmışdı. Bütün bunlar ondan xəbər verir ki, son zamanlar mətbuatda yazılanların əksinə olaraq, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində, işğal olunmuş ərazilərimizin azad edilməsində maraqlı deyil, onun bu istəyi yoxdur. Sadəcə olaraq bu addımı atacaqları ilə bağlı şayiələr yayırlar. Amma bu addımı atsaydı biz ondan xoş bir jest görərdik. Əksinə, Kreml Ermənistanla hərbi müttəfiqliyini daha da genişləndirir. Yəni görüdüyümüz odur ki, Rusiyanın fəaliyyətində son zamanlar əks proseslər baş verir”.

ELÇİN

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv