Rusiya Aerokosmik Qüvvələrinin İl-76 təyyarələri hərbi mühəndisləri, texnika və avadanlıqları Dağlıq Qarabağdakı sülhməramlı əməliyyat zonasına çatdırır.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya Aerokosmik Qüvvələrinin Hərbi Nəqliyyat Aviasiyasının İl-76 təyyarələri Rusiya Federasiyası Silahlı Qüvvələrinin mühəndis qoşunlarının bir qrup hərbçisini, habelə sülhməramlı əməliyyat sahələrində ümumi yolların və sosial infrastrukturun təmizlənməsinə kömək etmək üçün mühəndis texnologiyası və avadanlıqlarını çatdırmaq üçün Moskva yaxınlığındakı Çkalovski hava limanından havaya qalxıb”, – deyə məlumatda bildirilib.
Qeyd olunub ki, Zvartnots aerodromuna enən təyyarələr sülhməramlı əməliyyat zonasında müşahidə postlarının təşkili üçün hərbi mühəndisləri, buldozer və ağır nəqliyyat vasitələrini çatdırmaq məqsədilə təyin edilib.