Rusiya Qarabağda sülhməramlıları yerləşdirməyə başladı

Rusiya Dağlıq Qarabağa 1960 sülhməramlı və bir neçə yüz texnika göndərir.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hərbi qulluqçular Ulyanovsk aerodromundan qalxıblar:

“Rusiya Bakı vaxtı ilə 07:00-dan etibarən sülhməramlı kontingentini Qarabağda yerləşdirməyə başlayacaq. Sülhməramlıların yerləşdirilməsi erməni qoşunlarının çıxarılmasına paralel şəkildə aparılacaq”.