Rusiya Qazaxıstan ərazisindən keçməklə Özbəkistana qaz nəqlini artıracaq

“Rusiya Qazaxıstan ərazisindən keçməklə Özbəkistana qaz nəqlini artıracaq”

Yenicag.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən Qazaxıstan və Rusiya arasında 20-ci Regionlararası Əməkdaşlıq Forumunda çıxışında deyib.

O bildirib ki, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq sistemli şəkildə inkişaf edir:

“Rusiya nefti Qazaxıstan ərazisindən keçməklə Çinə göndərilir. “Qazprom”, həqiqətən, Qazaxıstan istehlakçılarını fasiləsiz olaraq qazla təmin edir”.

Qeyd edək ki, Putin Qazaxıstanda səfərdədir.

COP29