!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Qazaxıstanı itirir - ABŞ bölgədə güclənir

!Reklam – Yazi

Rusiya KİV-lərində artıq bir aydır ki, Qazaxıstan tərəfinin Əfqanıstana hərbi yük daşınması üçün ABŞ-a limanlarını açması məsələsi müzakirə olunur.

Rusiyalı politoloqlar və ekspertlər hesab edirlər ki, Qazaxıstan bu addımı ilə Rusiyanın təhlükəsizliyini təhdid altında qoyub. Qazaxıstanlı məmurlar və ekspertlər isə iddia edirlər ki, Nazarbayev Putinlə razılaşdırmadan belə bir addımı atmazdı.

Təhlükəsizlik məsələləri üzrə müstəqil ekspert Qoça Qvaramiya Yenicag.ru-ya açıqlamasında sözügedən məsələləri şərh edib. Ekspertin sözlərinə görə, Rusiya heç vaxt heç kəslə heç nəyi razılaşdırmır, hətta tərəfdaşları ilə belə. İkincisi, bu ölkə iştirakı olmadan baş verən hər şeyi təhdid hesab edir. Əgər NATO hərbi bazalarını Rusiyanın ərazisində açsaydı belə, bu “sülh naminə əməkdaşlıq” hesab olunardı.

Ekspert əlavə edib ki, Rusiya Əfqanıstana hərbi yük daşınması üçün amerikalılara hərbi baza təqdim etdiyi vaxt yaxşı başa düşürdü ki, onun iştirakı olsa da, olmasa da bu daşınmalar həyata keçiriləcək. Ona görə də prosesi nəzarətə götürmək qərarına gəldi. Bundan başqa, amerikalılar Rusiyanın ziddinə bir addım atmış olsaydılar, Rusiya hava sərhədini bağlayardı.Görünən odur ki, Rusiya “sülhməramlı” əməkdaşlığa özünü o qədər aludə elədi ki, ABŞ alternativ tapmalı oldu.

Q.Qvaramiyanın fikrincə, Qazaxıstan məsələsinə gəldikdə, Rusiya yaxşı başa düşür ki, bu qərarla Kreml Mərkəzi Asiya üzərində nəzarətini itirəcək. Buradakı ABŞ bazalarına qarşı kiçik bir təhdid belə ABŞ üçün hədə anlamına gələcək. Bununla da Rusiya Xəzər hövzəsində yeganə güc status-kvosunu itirmiş olacaq.

Ekspert qeyd edib ki, bütün xəbərdarlıqlara rəğmən Qazaxıstan ABŞ üçün limanlarını açmaqda davam etsə də, Rusiya heç bir ciddi tədbir görə bilməyəcək. Böyük ehtimalla Qazaxıstanın şimal hissəsində, çoxmillətli əhalinin yaşadığı ərazidə stabilliyi pozmağa çalışacaq. Lakin bu cəhdi də çox uğurlu olmayacaq.

www.yenicag.az

7955
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv