“Rusiya qazı kəsir, qoy kəssin, erməni xalqı dözümlüdür” – Melkonyan – FOTO

“Rusiya qazı kəsir, qoy kəssin, erməni xalqı qazsız da yaşayar”.

Yenicag.az xəbər verir ki, bunu erməni general Qurgen Melkonyan deyib. O iddia edir ki, Rusiya qazı kəssə, ermənilər qazsız yaşayacaq.

Onun bu sözkləri ermənilərin qəzəbinə səbəb olub. Onlar Mulkonyanı “talançı və  vecsiz” adlandırıblar:

“Təbii ki, Kəlbəcərdə (2020-ci ilə qədər – red.) ermənilərin evlərini qarət edən general bundan o qədər də narahat deyil. Çünki qışı ya Dubayda, ya da Rusiyadakı mehmanxanasında keçirəcək.

Xalq isə donub qalacaq və suveren Ermənistanda soyuq və aclığa görə təşəkkür edəcək”.

Xuraman Etibarlı