Rusiya qazının Avropaya nəqli üçün alternativ marşrut – Kreml rəsmisi AÇIQLADI

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya qazının Avropaya nəqli üçün alternativ marşrutları açıqlayıb.

Yenicag.az xəbər verir ki, Kreml nümayəndəsi Ukrayna hakimiyyətinin Rusiya qazının tranziti ilə bağlı sazişin müddətini uzatmaqdan imtina etməsini belə şərh edib.

“Alternativ yollar var. Bilirsiniz, Türkiyədə qovşağın yaradılması planları var, bununla bağlı iş gedir, yəni alternativ marşrutlar var”, – Peskov bildirib.

Kreml nümayəndəsinin sözlərinə görə, “Ukrayna tərəfinin belə bir qərarı avropalı istehlakçıların maraqlarına ciddi ziyan vuracaq”.
Peskov bildirib ki, bu qərara görə Avropa qaza görə “daha çox” ödəməli olacaq ki, bu da qitə ölkələrinin sənayesini daha az rəqabətə davamlı edəcək.

Avqustun 27-də Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Kiyev Moskva ilə Rusiya qazının tranziti ilə bağlı müddəti 2024-cü ilin sonunda başa çatacaq müqaviləni yeniləməyəcək.

Nəsimi Ələsgərli