!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Qəbələdən imtina etdi

!Reklam – Yazi

112115_res_01Rusiya Azərbaycanın Qəbələ rayonundakı “Daryal” radiolokasiya stansiyasının (RLS) yerində “Voronej” tipli yeni RLS tikməyəcək. Rusiya xaricdə bu tipli sistemlər yaratmağı ümumiyyətlə məqsədəuyğun saymır.

Bu barədə Rusiya Hava-Kosmik Qüvvələrinin xüsusi təyinatlı 15-ci ordusunun Baş Qərargah rəisi, general-mayor Anatoli Nesteçuk məlumat verib.

“Hesab edirəm ki, yerli sistemlər Rusiya ərazisində yerləşməli və müvafiq vəzifələrin yerinə yetirilməsinə zəmanət verməlidirlər” – deyə general Nesteçuk RSN radiosunda efirə gedən “Baş qərargah” verilişinin aparıcısının Rusiyanın Qəbələdə “Voronej” tipli RLS tikib-tikməyəcəyi barədəki sualını cavablandırarkən bildirib.

General xatırladıb ki, bu gün Rusiya hüdudlarından kənarda Qazaxıstanda “Dnepr” RLS, Belarusda isə “Volqa” RLS fəaliyyət göstərir.
“Lakin bu iki strateji istiqamətdə yerləşən stansiyaları əvəzləmək üçün də kifayət qədər geniş imkanlarımız var” – deyə general Nesteçuk əlavə edib.

Yada salaq ki, “Voronej” RLS Rusiyanın Rusiyanın üfüqüstü RLS sistemidir. Bu sistem raket hücumu barədə ən yüksək xəbərdarlıq sistemidir. “Voronej” RLS ballisitik, kosmik və aerodinamik obyektləri, o cümlədən ballisitik və qanadlı raketləri aşkarlamaq gücündədir.

Onu da bildirək ki, Rusiyanın bu ölkənin tərk etdiyi Qəbələ RLS-in yerində yeni hərbi bazanın tikəcəyi barədəki informasiyanı Rusiya Müdafiə Nazirliyinin əsas informasiya ruporu olan “Zvezda” telekanalı bir müddət öncə yaymışdı. Bu informasiya Azərbaycanda birmənalı qarşılanmamışdı.

Qəbələdəki “Daryal” RLS-in icarə müddəti 2012-ci ilin dekabrında başa çatıb. Rusiya ilə Azərbaycan arasında bu stansiyanın icarə müddətinin uzadılmasına dair uzun-uzadı danışıqlar aparılsa da tərəflər razılığa gələ bilməmişdilər. Nəticədə Moskva Qəbələ RLS-i bağlamağa qərar vermişdi.(Virtualaz.org)

112116_src

www.yenicag.az

580
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv