www.sinerjipro.net

SinerjiProWide
Reklam

637774aa2a89019d0633a29143b-1Rusiya Qara dəniz donanmasının dəniz aviasiyası qoşunların qəfil döyüş hazırlığının yoxlanılması tədbirləri ilə əlaqədar Qara və Xəzər dənizi hövzələrində kəşfiyyat uçuşları aparır.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Qara dənizdə hərbi təyyarələr şərti düşmənin sualtı qayıqlarının axtarışı, izlənməsi və onun su üzərinə çıxmasına məcbur edilməsinə dair tapşırıqları həyata keçirib. Təlimlərdə Şimal donanmasının dəniz aviasiyasına məxsus “İl-38” və “Tu-142” təyyarələri iştirak edir. Təlim çərçivəsində təyyarələr Cənub Hərbi dairəsinin aerodromlarında dislokasiya olub”, – deyə məlumatda bildirilir.

Ümumilikdə axtarış tədbirlərində 30-dan çox təyyarə iştirak edir. Onlar 3 min kilometrdən artıq məsafə uçublar.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 36
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."