Rusiyanın “Su” tipli hərbi təyyarələrini havada zərərsizləşdirəcək alternativ model hazırlanıb.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, İsveç Hərbi Hava Qüvvələrinin komandanı Mats Helqesson yerli istehsal olan “Saab Gripen E” hərbi təyyarələrinin Rusiyanın “Su” tipli qırıcılarını məhv etmək qabiliyyətində olduğunu açıqlayıb.
Helqessonun sözlərinə görə, “Saab Gripen E” təyyarələrinin hazırlanmasında əsas məqsəd səmada Rusiyaya ciddi üstünlüklər qazandıran, manevr qabiliyyəti baxımından hətta ABŞ hərbi təyyarələrini də üstələyən “Su” qırıcılarını zərərsizləşdirmək olub.
Yeni təyyarəni texniki aspektdən qiymətləndirən beynəlxalq ekspertlərin rəyinə əsasən, “Saab Gripen E” təyyarələri çox sürətli və ucuz olmasa da, onları Rusiya “Su”larının “qatil”inə çevirən cəhətləri var.