Rusiya qırıcısı qəzaya uğradı

15319553_1701509710164209_913064649_nRusiya S-33 qırıcısı “Admiral Kuznetsov” təyyarədaşıyan gəmisinə eniş etmək istəyən zaman qəzaya uğrayıb.

Yenicag.Az xəbər verir ki, bu haqda məlumatı “Ria Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadən yayıb.
Qəza dekabrın 3-də baş verib. Qəza zamanı həlak olan olmayıb.

Qeyd edilir ki, bu hal Aralıq dənizində olan “Admiral Kuznetsov” təyyarədaşıyan gəmisində artıq ikinci dəfədir baş verir.

Noyabrın 13-ü isə Rusiyanın MiQ-29 təyyarəsi eyni şəraitdə qəzaya düşüb.

Yenicag.Az