Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiya qırıcısı türk hərbçiləri vurdu: 3 şəhid, 11 yaralı

Bu gün “Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın Əl-Bab bölgəsində İŞİD hədəflərinə zərbələr endirən Rusiyaya məxsus qırıcı təyyarə səhvən Türkiyə hərbçilərinin olduğu binanı atəşə tutub.

Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, səhvən edilən hücum nəticəsində 3 türk hərbçi həlak olub, biri ağır olmaqla, 11 hərbçi yaralanıb.

Rusiya tərəfi hücumun səhvən edildiyini bəyab edib.

Hadisədən dərhal sonra Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verib.

Yenicag.az

www.yenicag.az

383