Rusiya qoşunları Ermənistanda təlimlər keçirdi

Ermənistandakı Rusiya qoşunlarının “Alagəz” və “Kamxud” poliqonlarında maddi-texniki təminat bölmələrinin təlimləri keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, maddi-texniki təminat bölmələrinin hərbçiləri hərbi texnikanın yanacaqla doldurulması tapşırıqlarını müasir tankerlərin köməyi ilə çöl şəraitində yerinə yetiriblər.

Həmçinin, bütün təlim dövründə Cənub Hərbi Dairəsinin hərbi bazasının maddi-texniki təminat bölmələrinin hərbi qulluqçuları yüksək dağlarda şəxsi heyətin ərzaq, geyim və digər yardım növləri ilə təmin edilməsi üçün geniş spektrli xüsusi tapşırıqları yerinə yetiriblər.